XƏBƏRLƏR
28 Yanvar, 2021
Muzeyə Qarabağ müharibəsinin şəhidi, polkovnik-leytenant Qərib Baxşəliyevə məxsus materiallar daxil olub
Milli Azərbaycan Tarixi Muzeyinin fondlarına vətənimizin tarixi, qəhrəmanlıq keçmişimizlə bağlı müxtəlif materiallar daxil olmaqdadır. Muzeyə yeni daxil olmuş materiallar || Qarabağ müharibəsində şəhid olmuş polkovnik-leytenant Qərib Baxşəliyevə məxsusdur.
Əslən Laçından olan Baxşəliyev Qərib İnqilab oğlu, 1977-ci il may ayının 22-də Bakı şəhərində anadan olub, ailənin yeganə oğul övladı idi. O, 1984-1994-cü illərdə Bakı şəhəri Nərimanov rayonu 82 saylı orta məktəbdə təhsil alıb. 1995-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil olub və 1999-cu ildə həmin məktəbi zirehli tank silahları üzrə mühəndis-texnik ixtisası üzrə bitirib. 1999-cu ilin iyul ayından 2000-ci ilin dekabr ayına qədər Tərtər rayonunda 703 saylı hərbi hissədə motoatıcı taqım komandiri, 2000-ci ilin dekabr ayından 2002-ci ilin dekabr ayına qədər C.Naxçıvanski adına Hərbi Liseydə taqım komandiri, 2002-ci ilin dekabr ayından 2010-cu ilin yanvar ayına qədər C.Naxçıvanski adına Hərbi Liseydə tədris bölük komandiri, 2010-cu ilin yanvar ayından 2014-cü ilin fevral ayına qədər C.Naxçıvanski adına Hərbi Liseydə tərbiyəvi işlər bölməsində psixoloq vəzifələrində xidmət edib. 2014-cü ilin fevral ayından C.Naxçıvanski adına Hərbi Liseydə Şəxsi Heyətlə iş üzrə şöbənin psixoloqu-şöbə rəisinin baş köməkçisi vəzifəsində xidmət edib.
2016-2019- cu illərdə Naxçıvan Muxtar Respublikasında, daha sonra isə Bakıda Heydər Əliyev adına ali hərbi məktəbdə hərb tarixindən dərs deyib. Ordumuz üçün zabit heyətinin hazırlanmasında bilik və bacarıqlarını əsirgəməyib.
Sentyabrın 27-də başlayan Vətən müharibəsinə, iki gün sonra Q.Baxşəliyev də qoşulmuş, vətənə olan sevgisi onu daim mübarizəyə vadar etmişdir. Müharibənin ağırlığını, məsuliyyətini dərk edərək, döyüş zamanı yoldaşlarını daim ruhlandırmış, mənəvi, psixoloji gərginliyin aradan qaldırılmasında onlara dayaq durmuş, əsgərləri ilə böyük qardaş kimi rəftar etmişdir.
Vətən həsrətini, eləcə də Ermənistan işğalının xalqımızın başına gətirdiyi facələri
əsgərlərinə daim xatırladaraq, hər birində düşmənə qarşı mübarizə hissini, torpaqlarımızı azad edəcəkləri halda şanlı bir tarixin yazılmasinda paylarının olacağını onlara aşılamışdır.
Q.Baxşəliyevin simasında xoş bir aura, xasiyyətindəki mülayimlik, insanlara qarşı sevgı hissi onu "Qızıl adam" ləqəbi ilə tanıtdırmışdır.
Azərbaycan Ordusunun polkovnik-leytenantı Q.Baxşəliyev Vətən müharibəsi zamanı bir neçə rayonun azad olunması uğrunda döyüşlərdə iştirak etmişdir. O, noyabrın 3-də sonuncu dəfə Zəngilan ərazisində postları yoxlayan zaman səhvən düşmənin mühasirəsinə düşmüş, sonuncu gülləsinə qədər döyüşmüş və əsir düşməmək üçün özünü güllə ilə vururaraq şəhidlik zirvəsinə ucalmışdır.
Onun nəşi, bir aydan çox düşmənin girovluğunda qaldı. Uzun müddət davam edən danışıqlardan sonra şəhidin nəşi ailəsinə təhvil verildi. Dekabr ayının 8-də polkovnik-leytenant Q.Baxşəliyev II Fəxri Xiyabanda böyük izdihamla son mənzilə yola salındı.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qərib Baxşəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Qeyd edək ki, şəhid polkovnik-leytenant Q.Baxşəliyevin hərbi geyim dəstləri, hərbi çantası, hərbi kitabları və zabit gündəliyi, şəhidin ailəsi ilə görüşən Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi Sahibə Ələkbərova tərəfindən Muzeyə təqdim edilib. Yaxın zamanlarda "Gənc muzeyşünaslar və muzeysevərlər klubu"nun "Tarix yazan qəhrəmanlar" layihəsi çərçivəsində şəhidin ailəsi, döyüş yoldaşları və tələbələri ilə klub üzvlərinin görüşü təşkil ediləcəkdir.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...