XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
28 Yanvar, 2021
Qarabağ qaziləri Muzeyi ziyarət edib
II Qarabağ müharibəsində Şuşa və Suqovuşan istiqamətindəki döyüşlərdə iştirak etmiş, Şəki rayonunun Baş Zəyzid kəndindən olan 23 yaşlı Həsənov Tərlan Rafiq oğlu (8 döyüş yoldaşını xilas etdiyi üçün Fəxri Fərmanla təltif edilib) və Bayramov Sadəddin Aydın oğlu ("Şuşanın azad olunmasına görə", "Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif edilib) Milli Azərbaycan Tarixi Muzeyini ziyarət ediblər. Hərbi döyüş yolu, təəssüratları haqqında məlumat verib, Muzeydə keçiriləcək "Anadır arzulara hər zaman Qarabağ!" sərgisi ilə əlaqədar müvafiq əşyalarını və təltiflərini Muzeyə təqdim edəcəklərini bildiriblər.