XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
30 Yanvar, 2021
Muzey əməkdaşının məqaləsi beynəlxalq elmi jurnalda nəşr olunub
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı, t.ü.f.d. Əli Fərhadovun "Религиозные реформы в исламском мире в XIX-XX вв." adlı məqaləsi "Вопросы истории" jurnalının I sayında çap edilib (Москва, 2021, c.218-224). Məqalədə, qeyd olunan dövrdə Azərbaycanda və islam dünyasında dini maarifçilik prosesi tədqiq və təqdim edilmişdir. Həmçinin Azərbaycan mənşəli İran mütəfəkkiri C.Əfqani, onun həmkarı, Misir müftisi M.Əbduh, Bakı qazısı əl-Bakuvi, Ə.Ağaoğlu, hindistanlı M.İqbal, pakistanlı F.Rəhman, iranlı Ə.Şəriəti və s. dinşünas alimlərin maarifçilik prosesində oynadıqları rol izah edilmiş, dini radikalizmə, xurafata qarşı mübarizələri araşdırılmışdır. Məqalə XIX-XX əsrlərdə Azərbaycanda və islam dünyasında cərəyan etmiş dini prosesləri öyrənmək baxımından əhəmiyyətlidir.