XƏBƏRLƏR
31 Yanvar, 2021
M.Ə.Rəsulzadəyə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Cümhuriyyətinin qurucusu M.Ə.Rəsulzadənin137-ci doğum günü münasibətilə onlayn görüş keçirilib. "M.Ə.Rəsulzadə Ev-Muzeyi" İctimai Qrupunun təşkilat komitəsinin təşkilatçılığı və dos. Firdovsiyyə Əhmədovanın aparıcılığı ilə Zoom proqramı üzərindən baş tutub. Tədbirdə təşkilat komitəsinin rəhbəri, prof. Solmaz Rüstəmova-Tohidi və s. yerli-xarici alimlər, həmçinin Muzeyin elmi katibi, dos. Fərhad Cabbarov, t.ü.f.d. Əli Fərhadov da iştirak və çıxış ediblər. Dos. F. Cabbarov "M.Ə.Rəsulzadə Ev-Muzeyi"nin yaradılması, irsinin qorunması, təbliği, mütəmadi olaraq beynəlxalq Rəsulzadə qiraətləri və s. tədbirlərin keçirilməsinin əhəmiyyəti mövzusunda, Ə.Fərhadov isə M.Ə.Rəsulzadə yaradıcılığında azərbaycançılıq, milli dövlətçilik, milli ədəbiyyat və Nizami Gəncəvi, din və siyasət, vicdan azadlığı mövzuları barədə çıxış ediblər.
Qeyd edək ki, Milli Azərbaycan Tarixi Muzeyində də Rəsulzadə irsi qorunur və təbliğ edilir. Müxtəlif dövrlərdə Muzeydə M.Ə.Rəsulzadəyə həsr olunmuş sərgi və tədbirlər, o cümlədən onun 130 illiyinə həsr olunmuş elmi-praktik konfrans da keçirilmişdir. Həmçinin Muzeyin Silahlar və bayraqlar fondunda saxlanılan materiallar içərisində Cümhuriyyətin bayrağı saxlanılır. Bu nadir bayrağı 1952-ci ilin 28 may günü ərəfəsində Türkiyədə mühacirətdə olan M.Ə.Rəsulzadə öz həyat yoldaşı Leyla xanım ilə birlikdə hazırlamışdır. Keçmiş mühacir Gülmirzə Bağırov onu qoruyub saxlamış, Bakıya gətirmiş, 2003-cü ilin iyununda Milli Azərbaycan Tarixi Muzeyinə təqdim edilmişdir. M.Ə.Rəsulzadənin azərbaycanlı mühacir Süleyman Təkinərə mühacirət dövründə yazdığı məktublar da Muzeydə qorunur. 1950-1955-ci illər dövrünü əhatə edən məktublar Süleyman Təkinərin Bakıda yaşayan varisləri tərəfindən Muzeyə hədiyyə olunmuşdur. Bu mövzuda “Mühacirət irsimizdən: Məhəmmədəmin Rəsulzadənin otuz məktubu” adlı kitab (Bakı, 2018, 136 s.) nəşr olunub. Kitabı tərtib edən, ön sözün, qeyd və şərhlərin müəllifi Muzeyin elmi katibi, dos. Fərhad Cabbarovdur. Muzeyin Sənədli mənbələr fondunda M.Ə.Rəsulzadənin (1884-1955) əsərləri - “Şəkli-idarə haqqında iki baxış” (Bakı, 1917, Azərbaycan dilində), “Panturanizm haqqında” (Paris, 1930, rus dilində) və “Əsrimizin Səyavuşu” (Ankara, 1989, türk dilində) qorunur (inv. № 665/2/3/4). Adı çəkilən məktub və əsərlər Cümhuriyyət tariximizin və Rəsulzadə irsinin tədqiqi və təbliği baxımından əhəmiyyətlidir.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...