XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
20 Yanvar, 2021
Hörmətli izləyicilər!
19 yanvar 2021-ci il tarixində Xəzər rayon Mərkəzləşdirilmis Kitabxana Sisteminin Mərkəzi Kitabxanası və Antalya Azərbaycan Mədəniyyət və Həmrəylik təşkilatı tərəfindən birgə əməkdaşlıq layihələri çərçivəsində "20 yanvar- Şərəf və qürur yaddaşımız" adlı onlayın tədbir keçirilmişdir. Tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin Elmi- kütləvi iş və təhsil şöbəsinin elmi işçisi Sahibə Ələkbərova da iştirak etmişdir. O, " Şəhidlərin qəhrəmanlıq səlnaməsinin muzeylərdə təbliği" adlı məruzəsində gənclərin düzgün istiqamətdə , tərbiyəsində təhsil müəssisələri ilə yanaşı mədəniyyət müəssisələrinin, xüsusilə də muzeylərin özünəməxsus payı olduğunu qeyd etmişdir. S.Ələkbərova öz çıxışında Respublikamızın müxtəlif profilli muzeylərində sistematik olaraq keçirilən tədbirlər, elmi-praktik konfranslar, dəyirmi masalar və açıq dərslər, seminarlar, yaradılan sərgilər, məsafəli tədrisin inkişafı üçün nəzərdə tutulan onlayn tədbirlər gənclərin ideya- tərbiyə prosesində həlledici rol oynadığını xüsusi vurğulamışdır. Sonda tədbir iştirakçılarını yaxın günlərdə Milli Azərbaycan Tarixi Muzeyində açılacaq" Vətən müharibəsi" adlı sərgiyə baxmağa dəvət etmişdir.