XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
12 Yanvar, 2021
Muzey əməkdaşının müəllifliyi ilə kataloq nəşr edilib
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin dosenti, t.ü.f.d. Tural Şiriyevin müəllifliyi ilə Muzeyin 100 illik yubileyinə həsr edilmiş “İslam mədəniyyəti və Azərbaycan məişəti” adlı kataloqu işıq üzü görüb. Kataloqun elmi redaktoru Muzeyin elmi işlər üzrə direktor müavini, t.ü.e.d. Nərgiz Əliyevadır. Kataloqda xalqın inanc sistemi ilə bağlı ənənəvi mərasimlər və ayinlərdə istifadə olunmuş XVIII-XX əsrin əvvəllərinə aid müxtəlif əşyalar, geyim nümunələri, ibadət vasitələri və gündəlik məişətdə özünə yer tutan, bütövlükdə 600-dən artıq inventar (müxtəlif çeşidli quranqabı, namazılıq, möhürqabı, əmmamə, əba, çarşab, rübənd, qırxaçar cam, kəşkül, ələm və başqa dini təyinatlı muzey materialları) əsasında tarixi-etnoqrafik tədqiqat aparılmış və sözügedən materialların annotasiyası verilmişdir. Kataloq İslam dininin xalqımızın keçmiş məişət mədəniyyətində oynadığı rolunun öyrənilməsinə dəyərli töhfədir.