2012-ci il dekabrın 19-da Ostrava tarix muzeyində (Çexiya Respublikası, Ostrava şəhəri) “Əbədi odlar diyarı – Azərbaycanın minillik tarixi” adlı sərginin açılışı olmuşdur. AMEA Milli Azərbaycan Tarixi Muzeyinin və Azərbaycan Dövlət Xalça və Tətbiqi-Sənət muzeyinin kolleksiyalarından ibarət olan sərgi Azərbaycanın Çexiyadakı səfirliyinin
dəstəyi ilə təşkil olunmuşdur. Sərginin açılış mərasimində AR Mədəniyyət və Turzim Naziri müavini Sevda Məmmədəliyeva, Azərbaycanın Çexiyadakı səfiri Tahir Tağızadə, Çexiya mədəniyyət və elm xadimləri, KİV nümayəndələri iştirak etmişlər. Sərgidə Milli Azərbaycan Tarixi Muzeyinin və Xalça və Tətbiqi-Sənət Muzeyinin kolleksiyalarından 220-dən artıq nadir eksponatdan ibarət tarixi - bədii ekspozisiya qurulub.Ekspozisiyada nümayiş olunan və Qafqaz Albaniyası, Şirvanşahlar, Şəddadilər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər, həmçinin XVIII- XIX əsr xanlıqlar dövrünə aid qızıl, gümüş və mis pullar Azərbaycan xalqının qədim dövlətçilik ənənələrini nümayiş etdirir. Daş-qaşlarla bəzədilən, mahir ustalar tərəfindən düzəldilən baş geyimləri, kəmərlər, boyunbağılar, sırğalar, qolbağlar və s. zinət əşyaları, tikmələr, təbərzinlər, döyüş baltaları, qılınclar, dəbilqə və zirehlər, tapançalar, tüfənglər qədim və orta əsrlərdə Azərbaycanda sənətkarlığın yüksək səviyyədə inkişaf etməsini bir daha təsdiq edir. Bütün dünyanı fətn etmiş Azərbaycan xalçaları bu dəfə Ostrava sakinləri və şəhərin qonaqlarını valeh edir.
Sərgi 2013-cü il fevralın 28-dək fəaliyyət göstərəcək.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.