2012-ci il böyük mütəfəkkir, Azərbaycan milli dramaturgiyasının banisi, görkəmli ictimai xadim və maarifçi M.F.Axundzadənin anadan olmasının 200 illiyi ilə əlaqədar TÜRKSOY təşkilatı tərəfindən "Mirzə Fətəli Axundzadə ili" elan edilmişdir. TÜRKSOY çərçivəsində "Mirzə Fətəli Axundzadə ili" ilə bağlı hazırlanan Tədbirlər Planına əsasən cari ilin 17 dekabr tarixində Türkiyənin
Ankara şəhərində Türkiyə Milli Kitabxanasında, 18 dekabr tarixində isə İstanbulda Aydın Universitetində M.F.Axundzadəyə həsr olunmuş Simpozium və C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının yeni istehsal etdiyi, M.F.Axundzadəyə həsr olunmuş "Sübhün səfiri" 2 seriyalı bədii filmin nümayiş olunacağı "Mirzə Fətəli Axundzadə ili"nin bağlanış mərasimi keçirilir. Qeyd etmək lazımdır ki, Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən M.F.Axundazdənin irsinin araşdırılması istiqamətində gərgin iş aparılmış, 2012-ci ilin dekabrında “Mirzə Fətəli Axundzadə - 200” adlı kataloq çap olunmuşdur.Kataloqda Muzeyin fondlarında qorunan M.F.Axundazadəyə aid olunmuş eksponatlar barədə ətraflı məlumat verilmişdir.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.