Dekabrın 19-da Çexiyanın Ostrava şəhərində “Əbədi odlar yurdu” adlı Azərbaycanın tarixi və mədəniyyətinə həsr olunmuş sərginin təntənəli açılışı olmuşdur. Milli Azərbaycan Tarixi Muzeyi və Azərbaycan Dövlət Xalça və tətbiqi-sənət Muzeyininin 220-dən artıq eksponatından tərtib olunan sərgi Azərbaycan və dünya ictimaiyyətinin böyük diqqətinə
səbəb olmuşdur. Qeyd etmək lazımdır ki, Ostrava şəhər sakinlərinin, şəhərin qonaqlarının, Çexiyanın digər şəhərlərinin əhalisini sərgiyə cəlb etmək məqsədilə Ostrava şəhər muzeyi və Ostrava meriyası kompleks tədbirlər həyata keçirir. Belə ki, Ostrava şəhər muzeyinin saytında sərginin xüsusi bölməsi yaradımış, müxtəlif saytlarda Azərbaycanla bağlı məlumat xarakterli (ölkənin adının mənşəyi, ərazisi, mədəniyyəti, tarix və mədəniyyət abidələri haqqında) materiallar dərc olunmuşdur. Sərginin baş kuratoru, tarix üzrə fəlsəfə doktoru David Mayer sərginin konsepsiyasını ətraflı şəkildə yazaraq mətbuata təqdim etmişdir. Bir neçə saytda sərginin hazırlıq işləri barədə məlumat verilmiş, hətta bir saytda (denik.cz) sərginin hazırlıq işlərini nümayiş etdirən 14 fotoşəkil yerləşdirilmişdir. Sərginin açılışına bir neçə gün qalmış Çexiyanın əyləncə xarakterli, asudə vaxtın keçirlməsi ilə bağlı saytlarda sərgi barədə məlumatlar verilmiyə başlamışdır. Sərginin açılışına 2 gün qalmış Çexiya televiziyasının kanallarında Ostrava muzeyində hazırlıq işlərini nümayiş etdirən kadrlar göstərilmiş, sərginin kuratorlarında müsahibələr alınmışdır. Ostrava şəhərinin və şəhərin yerləşdiyi bölgənin (Moravsko-Silezki kray) məlumat xarakterli xidmətlərinin (ostrvainfo.cz; ostravaonline.cz və s.) saytlarında sərginin dəqiq ünvanı, müxtəlif nəqliyyat vasitələrinin marşrutları, sərginin afişaları göstərilmişdir.
Daha ətraflı məlumat üçün bax – saytın “Muzey KİV-də” və “Fotoqalereya” bölümünə.
Fotoda sərginin keçirildiyi Ostrava şəhər muzeyi təsvir olunub
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.