Çexiyanın Ostrava şəhərində çap olunan “Əbədi odlar yurdu” kitabının 1-ci cildi Milli Azərbaycan Tarixi Muzeyinin eksponatlarına həsr olunub. Kitabın layihə müəllifi tarix üzrə fəlsəfə doktoru David Mayer, kuratorları Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, Azərbaycan Dövlət Xalça və Tətbiqi sənət Muzeyinin direktoru Röya Tağıyeva,
Praqa Dövlət qalereyasının əməkdaşı Zdenka Klimtova, Praqa Hərbi tarix cəmiyyətinin üzvü Pyotr Klyuçinadır. Azərbaycan və Çexiya tədqiqatçılarının gərgin əməyinin nəticəsi olan kitab nəfis tərtibatda çex dilində çap olunub. Kitabın tərtibatında maraqlı üslub seçilmişdir: Azərbaycan tarix və incəsənətinin müxtəlif səhifələri Milli Azərbaycan Tarixi Muzeyinin eksponatlarına həsr olunmuş məqalələr vasitəsilə oxuculara təqdim olunur.D.Mayer giriş məqaləsində Azərbaycanın tarixi və mədəniyyəti barədə məlumat vermiş, Milli Azərbaycan Tarixi Muzeyinin eksponatlarından yazmışdır. Xüsusi olaraq qeyd olunur ki, dekabrın 18-də Ostrava şəhərində açılışı olan eyni adlı sərgi üçün ilk dəfə olaraq Azərbaycan tarixi və mədəniyyətini nümayiş etdirən eksponatlar Mərkəzi Avropaya gətirilmişdir. Müəllifin 2-ci məqaləsində Böyük İpək Yolunda vacib mövqe tutan Azərbaycanın tarixi- mədəniyyət abidələri barədə müfəssəl verilir. Azərbaycan tədqiqatçısı Hicran Quliyevanın məqaləsi XVIII - XIX əsr Azərbaycan misgərliyinə həsr olunub. Mira Məmmədxanova və Afət Rüstəmbəyovanın məqaləsi MATM kolleksiyasında XIX əsr zərgərlik məmulatlarına həsr olunub. Xana Novakova məqaləsində Nizami Gəncəvinin poemalarının sujetlərini əks etdirən sənət əsərləri barədə məlumat verilir. Ə.Rəcəblinin məqaləsində orta əsr Azərbaycan sikkələri barədə məlumat verilir. Pyotr Klyuçina öz məqaləsində sənətşünaslıq nümunəsi və hərb tariximizin əyani şahidləri olan silahlar barədə məlumat vermişdir. Bütün məqalələrə yüksəkkeyfiyyətli fotoşəkillər əlavə olunub.
Qeyd etmək lazımdır ki, layihəyə əsasən üç cilddə nəzərdə tutulan kitabın digər cildləri üzərində iş tamamlanıb, bu yaxınlarda Azərbaycanda xalçaçılıq ənənələrinə həsr olunmuş 2-ci cild təqdim olunacaq.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.