Görkəmli O, 1927-ci ildə Dərbənd şəhərində anadan olmuşdur. Azərbaycan Rəssamlıq Məktəbinin heykəltəraşlıq bölməsini bitirdikdən sonra Leninqraddakı İ. Repin adına Rəngkarlıq, heykəltəraşlıq və memarlıq institutunun heykəltəraşlıq fakültəsində təhsilini davam etdirən Ö.Eldarov 1946-cı ildən etibarən mütəmadi olaraq müxtəlif sərgi və müsabiqələrin iştirakçısı olmuşdur. Sənətkarın yaratdığı heykəllər dünyanın bir çox muzeylərində layiqli yer tutmaqdadır. Bu cür əsərlər sırasında şairə Natəvanın, şair Məhəmməd Füzulinin, şair-dramaturq Hüseyn Cavidin, Azərbaycanın görkəmli oftalmoloq alimi Zərifə Əliyevanın, professor İhsan Doğramacının heykəlləri, prezident Heydər Əliyevin, bəstəkar Üzeyir Hacıbəyovun, rəssam Səttar Bəhlulzadənin, yazıçı Süleyman Rəhimovun, akademik Ziya Bünyadovun və başqalarının qəbirüstü abidələrini göstərmək olar.
Eyni zamanda sənətkar bir sıra kamera xarakterli, kiçik həcmli əsərlərin də müəllifidir.Ömər Eldarov 1958-1968-cı illərdə Azərbaycan Rəssamlar İttifaqının katibliyinə üzv seçilmiş, 1970-ci ildə isə SSRİ Rəssamlıq Akademiyasının heykəltəraşlıq üzrə Bakıdakı yaradıcılıq emalatxanasının rəhbəri təyin edilmişdir. Eyni zamanda, Bakı Sovetinin deputatı (1969-1973) kimi fəaliyyət göstərmiş, mədəni-maarif işi üzrə komissiyanın rəhbəri olmuşdur. 1995-ci ildə AR Milli Məclisinin deputatı seçilən Ömər Eldarov parlamentdəki 5 illik fəaliyyəti dövründə xalqın elçisi vəzifəsinin öhdəsindən layiqincə gəlmişdir. Ümumiyyətlə, 60 ilə yaxın bir dövrü əhatə edən yaradıcılıq fəaliyyəti ərzində onun xeyir-duası ilə bir neçə nəsil istedadlı heykəltəraş bu çətin, eyni zamanda, şərəfli sənətin yollarında irəliləmiş və bu gün də irəliləməkdədir. Ustad sənətkarın yaradıcılıq dünyası xalqımızın sonsuz məhəbbətini qazanmış, dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilmişdir. Müstəqil Azərbaycanın ali dövlət mükafatı olan “İstiqlal” ordeni ilə təltif edilmiş Ö.Eldarov bu il dekabrın 17-də AR Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə daha bir ali dövlət mükafatı - “Şərəf” ordeni ilə təltif edilmişdir.Akademik Ömər Eldarovu 85 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirik, ona möhkəm can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.