XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
24 Dekabr, 2012
Silah sərgisi yanvarın 15-dək davam edəcək

“Torpağa sancılmış qılınc” adlı silah sərgisiHər zaman Azərbaycanın şanlı hərb ənənələrinin təbliğatı işinə böyük diqqət yetirən, əyani sərgilər vasitəsilə hərbi-vətənpərvərlik işinin gücləndirilməsində fəallıq göstərən Milli Azərbaycan Tarixi Muzeyinin sərgi salonunda “Torpağa sancılmış qılınc” adlı silah sərgisi fəaliyyət göstərir. Sərginin elmi konsepsiyasına əsasən, burada müxtəlif dövrləri əhatə edən arxeoloji qazıntılar nəticəsində aşkar olunmuş, ayrı-ayrı vətəndaşlar tərəfindən muzeyə hədiyyə edilmiş, muzey tərəfindən alınmış, respublikanın müxtəlif strukturları tərəfindən muzeyə verilmiş eksponatlar tamaşaçıların diqqətinə təqdim olunur.


Qeyd etmək lazımdır ki, sərginin açılışı münasibətilə Muzey tərəfindən “Azərbaycanın müdafiə silahları” adlı kataloq çap olunmuşdur. Sərgidə qədim və orta əsrlər dövründə Azərbaycanda istehsal olunmuş, hərb tariximizin parlaq səhifələrini nümayiş etdirən zireh və qalxanlar, qılınc və xənclər, tüfəng və tapançalar, digər silah növləri nümayiş olunur.Sərgidə nümayiş olunan hər eksponat dövrün mahir ustaları tərəfindən düzəldilmiş, yüksək keyfiyyətli silah olmaqla bərabər sənətkarlıq nümunələri də sayılırlar. 100-dən artıq eksponatın nümayiş olunduğu sərgi ölkə vətəndaşları və xarici qonaqların böyük marağına səbəb olmuşdur. Sərgi 2013-cü il yanvarın 15-dək fəaliyyət göstərəcək.