Xəzər Universitetində Azərbaycanın görkəmli tarixçi alimi, tarix elmləri doktoru, professor Süleyman Əliyarlının “Tariximiz açıqlanmamış mövzuları ilə” kitabının təqdimatı olmuşdur. Tədbirdə Xəzər Universitetinin təsisçisi, direktorlar və qəyyumlar şurasının sədri professor Hamlet İsaxanlı görkəmli alimin həyat və yaradıcılığı haqqında geniş məlumat vermişdir.
H.İsaxanlı mərasimdə iştirak edən gənc tarixçi alimlərə S.Əliyarlının Azərbaycan tarixi ilə bağlı tədqiqat yolunu davam etdirməyi tövsiyə etmişdir. Tədbirdə kitabın redaktoru, Bakı Dövlət Universitetinin professoru Elmira Muradəliyeva, Turizm İnstitutunun rektoru, professor Cəfər Cəfərov, fəlsəfə elmləri doktoru Esmiralda Həsənova və digərləri çıxış edərək müəllifə yeni elmi uğurlar arzulamışlar. Sonda Süleyman Əliyarlı mərasimə toplaşanlara, tələbələrinə, Xəzər Universitetinin rəhbərliyinə təşəkkürünü bildirmişdir. Tədbirdə Milli Azərbaycan Tarixi Muzeyini Muzeyin Xarici əlaqələr və sərgilərin təşkili şöbəsinin müdiri, t.ü.f.d. S.Əhmədov təmsil etmişdir.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.