XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
25 Dekabr, 2012
Hacı Zeynəlabdin Tağıyevə məxsus Quran qabı və dini kitablar Muzeyin ekspozisiyasında

Quran qabı və dini kitablar Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycanın tanınmış neft sahibkarı və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin ev-muzeyinin ekspozisiyasına yeni vitrin əlavə olunmuşdur. Vitrində Tağıyevə məsus olmuş Quran qabı və dini kitablar nümayiş olunur. Quran qabı gümüşdən düzəldilmiş, qızıl suyuna çəkilmiş, mina və qiymətli daşlarla bəzədilmişdir.


 

Belə ki, şərq naxışları fonunda mərkəzi dəyirmi medalyonda mahir zərgərlər 7 iri və 6 kiçik yaqut daşı, 8 zümrüd daşı, ikinci medalyonda isə 8 iri, 6 kiçik yaqut, 6 zümrüd daşı yerləşdirmişlər. Çəkisi 1850 qram olan qabın üzərində ərəb qrafikası ilə “Buxareyi şərif töhfə” (“Buxara hökmdarının hədiyyəsi”) yazısı və “1225” təqvim ili göstərilib. Vitrində həmçinin iki ədəd islam dəyərlərinin izah edən “Kəşf-ül həqaiq” (“Həqiqətlərin kəşfi”) kitabları qoyulmuşdur. Hələ 1935-ci ildə Muzeyə verilmiş əşyaların sənədləri muzey əməkdaşların axtarışları nəticəsində 2012-ci ildə aşkarlanmışdır. Belə ki, Muzeyin Xüsusi fondunun müdiri Afət Rüstəmbəyovanın araşdırmalarına əsasən yuxarıda göstərilən əşyaların Hacı Zeynalabdin Tağıyevə dostu Buxara əmiri Seyid Əbdüləhəd xan tərəfindən hədiyyə olunduğu müəyyən edilmişdir.

Quran qabı və dini kitablar  Quran qabı