XƏBƏRLƏR
XƏBƏRLƏR -
03 Fevral, 2020
Muzeydə “Könüllülük, el köməyi-əsrlərdən gələn yadigarımız!” adlı tədbir keçirildi
03 fevral 2020-ci il tarixində Milli Azərbaycan Tarixi Muzeyində Muzeyin Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il “Könüllülər ili” elan etməsi barədə sərəncamı çərçivəsində “Könüllülük, el köməyi-əsrlərdən gələn yadigarımız!” adlı tədbir keçirildi. Tədbir keçmişimizdən bu günə davam edən xalqımızın ən dəyərli adətlərindən olan el köməyi adətlərinin müasir zəmanəmizdə könüllülük prinsiplərinə əsasən davam etdirilməsinə həsr olundu. Prezidentimizin dəstəyi ilə davam etdirilən Könüllülük prinsipləri haqqında Muzeyin könüllüllərinə daha ətraflı məlumat verilərək, gələcəkdə görülməsi nəzərdə tutulan işlər və tədbirlər zamanı könüllülük modeli və prinsiplərinin tətbiq edilməsi məsələlərinə toxunuldu.
Tədbirdə “Etnoqrafiya elmi-fond şöbəsi”nin böyük elmi işçisi t.ü.f.d., dosent Şiriyev Turalın “Könüllülük-tarixi dəyərimiz”, “ASAN Könüllüləri” təşkilatının rəhbəri Səbinə Cabbarova “Könüllülük fəaliyyəti: Azərbaycan modeli” və Muzeyin “Elmi-kütləvi iş və təhsil” şöbəsinin elmi işçisi Sahibə Ələkbərovanın “Milli Azərbaycan Tarixi Muzeyində könüllülərdən ibarət “Gənc muzeyşünaslar və müzeysevərlər klubu”nun fəaliyyətinə qısa ekskursiya” adlı məruzələri maraqla dinlənildi.
Tədbir çərçivəsində milli bədii filmlərimizin mövzu ilə bağlı olan hissələrindən hazırlanmış video çarx nümayiş olundu və sonda muzeyin “Gənc muzeyşünaslar və müzeysevərlər klubu”nun yeni üzvlərinə vəsiqələr təqdim olundu.