XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
26 Dekabr, 2012
Dubaydakı Beynəlxalq Simpozium barəsində Həbibə Əliyevanın təəsüratları

Dubaydakı  Beynəlxalq SimpoziumAMEA Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiya təhlükəzisliyi üzrə direktor müavini Həbibə Əliyeva 2012-ci ilin 17-19 dekabr tarixlərində Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində keçirilmiş III Beynəlxalq Memarlıq  Simpoziumunda iştirak etmiş və tədbir barədə təəsüratları ilə bölüşmüşdür:


 

“Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində Dubay hökuməti və bələdiyəsi, ISESCO, İCOMOS, İCCROM, ATHAR, UNESCO, ECC, HAKHEEL və s. təşkilatların birgə təşkilatçılığı ilə dekabrın 17-19-da Dubay Ticarət Mərkəzində keçirildiyi “III Beynəlxalq Memarlıq Simpozium”u  geniş və təmtəraqlı şəkildə təşkil olunmuşdur. Dekabrın 17-də  Ticarət Mərkəzinin böyük konfrans zalında baş tutan açılışda şəhərin hökumət başçısı Sulatan bin Salman bin Əbduləziz Əl Səid, Bəhreyinin Mədəniyyət naziri Şeyx Mai Bint Muhəmməd Əl Xəlifə və memarlıq abidələrinin baş bərpaçısı Bilal Əl Budur, konfransin təşkilatçısı memar Rəşad Muhəmməd Bukhaş, İCOMOS-un Fransa təmsilçisi Qustavo Araoz, İCCROM direktoru Zəki Aslan, Dubayda  Amerika Unversitetinin rektoru  və Harvard Unversitetinin müəllimi, Şarjiyada Amerika Universitetinin  müəllimi, Türkyə, ABŞ,  İtalya, Misir, Banqladeş, İraq, Kuveyt, Oman, Qatar, Surya, Yəmən, Bəhreyin, Fələstin, Yunanıstan, Abu-Dabi (BƏƏ), Əlcazair, Finladiya, Hindistan, Nigeriya, İspaniya, Almaniya, Avistraliya və digər ölkələrin nümayəndələri, gələn   təşkilatçılar çıxış edərək iştirakçıları salamladılar və simpozium münasibətilə təbrik etdilər. Ticarət Mərkəzinin dəhlizində yuxarıda adları qeyd olunan ölkələrin nümayəndələri təşkil etdikləri sərgidə xalqlarının mədəniyyətini əks etdirən müxtəlif nümunələr nümayiş etdirdilər və iştirakçılara hədiyyələr verildi. Simpoziumda müxtəlif ölkələrdən gələn məruzəçilərlə ilə yanaşı BƏƏ-nin Dubay, Şarjiya və Abu-Dabinin ali məktəb və elmi müəssisə tədqiqatçıları maraqlı məruzələrlə çıxış etdilər. Məruzələr tezis şəklində,  məqalələr isə elektron kitabda  nəşr edilmiş və iştirakçılara paylanmışdır. 8 dekabrda da mən günün I yarısında böyük konfrans zaliında “Azərbaycanda memarlıq abidələrində yerləşən muzeylərin bərpası haqqında”  adlı geniş məruzə ilə bərabər elektron slayd nümayiş etdirdim. Çıxışdan sonra konfrans iştirakçısı olan  ərəb və misirli həmkarlar mənə sual ilə müraciət etdi. Suala cavab verərək iştirakçılara çatdırdım ki, Azərbaycan ərazisində İslam memarlıq abidələrin qorunması və bərpası vacib faktorlardan biridir və bu abidələr Azərbaycanın madii-mədəniyyət nümunəsi sayılır. Çıxaşlar başqa ölkələrin nümayəndələri ilə davam etdi. Çıxışlardan sonra  Dubay şəhərinə gəzinti oldu. 19 dekabr isə konfrans Ticarət Mərkəzində günün II yarısına qədər davam etdi. Günün II yarıcında konfransın qapanışı oldu. İştirakçılarla yanaşı mənə də yazılı təşəkkürnamə təqdim edildi və biz mədəni proqram çərçivəsində 19 dekabrda günün II yarısından sonra isə Dubay muzeyi ilə tanış olduq. Biz gələcəkdə də əlaqələrin davamlı olacağına inanaraq və BƏƏ Dubay, Şarjiya və Abu-Dhabinin əməkdaşlarının da müxtəlif mövzulu konfrans və sərgilərin təşkilində maraqlı olduqlarını nəzərə alaraq, fəaliyyətlərin genişləndirilməsinə ümid bəsləyirik.

Dubaydakı  Beynəlxalq Simpozium

 

Dubaydakı  Beynəlxalq Simpozium