XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
07 Yanvar, 2013
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu 2012-ci il üçün 2- ci müsabiqənin nəticələrini elan etmişdir

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) Azərbaycan Respublikasında təbiət, dəqiq, texniki, humanitar və ictimai elmlər sahəsində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental, tətbiqi və axtarış-innovasiya xarakterli elmi-tədqiqat proqram, layihələrinin və digər elmi tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə qrantların


verilməsi üzrə 2012-ci il üçün ikinci müsabiqəsinin nəticələrini açıqlamışdır. Fond 2012-ci il üçün ikinci qrant müsabiqəsinin keçirilməsi haqqında qərarını 2012-ci il mayın 10-da internet səhifəsində və KİV-də elan etmiş və 2012-ci il 14 may–29 iyun tarixini qrant layihələrinin qəbulu üçün müddət olaraq müəyyənləşdirmişdir. Müsabiqəyə 174 layihə daxil olmuş, onlardan müsabiqə qaydaları və tələblərinə cavab verməyən 52 layihə texniki ekspertiza mərhələsindən keçməmiş, 122 layihə isə elmi ekspertiza mərhələsinə buraxılmamışdır. Elmi ekspertiza mərhələsinə keçmiş layihələrin siyahısı www.sdf.gov.az internet səhifəsində dərc olunmuş və onların açıqlana bilən hissələrinin forum tipli elmi-ictimai müzakirəsi də təşkil edilmişdir.
EİF-in 2012-ci il 28 dekabr tarixli qərarı ilə ikinci qrant müsabiqəsi çərçivəsində dördü pilot layihə, 27-si fundamental-tətbiqi xarakterli layihə və səkkizi xüsusi layihə olmaqla cəmi 39 qalib layihə müəyyənləşdirilmişdir. Cari müsabiqə üzrə ümumi maliyyələşdirilmənin məbləği yeddi milyon beş yüz min manat olmuşdur.