Milli Azərbaycan Tarixi Muzeyi Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin elmi işçisi, t.ü.f.d. Əli Fərhadovun "Əhməd Kəsrəvinin yaradıcılığında Azərbaycan tarixinə baxış" adlı məqaləsi AMEA Şərqşünaslıq İnstitutunun "Şərq araşdırmaları" elmi-nəzəri jurnalında çap edilib (2021, No. 3, s. 126-133). Məqalədə Ə. Kəsrəvinin əsərləri əsasında İran məşrutə inqilabı, azərbaycanlı məşrutəçilər, ruhanilərin inqilabda rolu və s. məsələlər təqdim edilmişdir. Məqalə İran və Azərbaycanın tarixi, din və dövlət əlaqələrinin tədqiqi baxımından əhəmiyyətlidir.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.