XƏBƏRLƏR
XƏBƏRLƏR -
Nəşrlər
20 Oktyabr, 2021
Muzey əməkdaşının məqaləsi resenziyalı topluda nəşr edilmişdir

Milli Azərbaycan Tarixi Muzeyi “Numizmatika və epiqrafika” elmi-fond şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Aygün Məmmədovanın “Nizami Gəncəvi dövrünün numizmatik faktları barədə” (“О нумизматических фактах периода Низами Гянджеви”, Bakı: Espirint NPM, 2021, s. 141 - 151) məqaləsi “Metafizika” beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalında (cild 4, N 3) nəşr edilmişdir.

Məqalədə bir sıra muzey və şəxsi kolleksiyalarda qorunan, o cümlədən Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fondunda qorunan XII əsrin yarısı – XIII əsrin əvvəllərinə aid sikkələr əsasında dövrün pul təsərrüfatı barədə məlumat verilmişdir. Şairin məşhur “Xəmsə”sinə daxil olan, poemalarını həsr etdiyi hökmdarların adları həkk edilmiş belə sikkələr həm yerli, həm də xarici şəhər-zərbxanaların müəyyən edilməsində və dövrün ticarət əlaqələrinin açıqlanmasında önəm kəsb edir.