XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
07 Yanvar, 2013
Muzey əməkdaşının Azərbaycan miniatürləri haqqında yeni məqaləsi

“İrs - Наследие” beynəlxalq jurnalının rus dilində çap olunan növbəti nömrəsində (2012-ci il, №5 (59), s.12-19) Milli Azərbaycan Tarixi Muzeyinin Xarici əlaqələr və sərgilərin təşkili şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Ağasəlim Əfəndiyevin sənətşünaslıq doktoru Cəmilə Həsənzadə ilə birlikdə hazırladığı Azərbaycan miniatürləri haqqında yeni məqaləsi çap olunmuşdur


(«Вклад джелаиридского цикла «Калилы и Димны» в развитие тебризской миниатюры»). Məqalədə miniatür boyakarlığının ən qiymətli və mürəkkəb əsərlərindən olan “Kəlilə və Dimnə” miniatür silsiləsindən məlumat verilir, onun Təbriz miniatür məktəbinə təsiri araşdırılır.

Məqalənin tam mətni ilə aşağıdakı linkdə tanış olmaq olar: http://irs-az.com/new/ru/archive/1277