XƏBƏRLƏR
XƏBƏRLƏR -
Elmi tədbirlər
28 Oktyabr, 2021
Muzey əməkdaşları elmi seminarda çıxış ediblər

Azərbaycan Dillər Universitetinin (ADU) Multikulturalizm Elmi-Tədqiqat Laboratoriyasının təşkilatçılığı ilə "XVIII əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda dini müxtəliflik və multikulturalizm" mövzusunda onlayn elmi seminar keçirilib. Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin əməkdaşları- t.ü.f.d., dosent Bəhman Kərimov və t.ü.f.d. Əli Fərhadov elmi seminarda iştirak ediblər. B.Kərimov "XIX əsrin əvvəllərində Rusiya - Qacar münasibətləri", Ə.Fərhadov isə "Qacarlar dövründə dini müxtəliflik və multikulturalizm" adlı məruzələrlə çıxış edibllər, verilən suallar məruzəçilər tərəfindən ətraflı cavablandırılıb.