XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
07 Yanvar, 2013
Muzey əməkdaşının erməni yalanları haqqında məqaləsi

“İrs - Наследие” beynəlxalq jurnalının rus dilində çap olunan növbəti nömrələrində (2012-ci il, №5 (59), s.44-49);  №6 (60), s.38-43) Milli Azərbaycan Tarixi Muzeyinin Xarici əlaqələr və sərgilərin təşkili şöbəsinin müdiri, t.ü.f.d. S.Əhmədovun erməni tarixçilərinin yalanı haqqında məqaləsi çap olunmuşdur. Belə ki, «Происхождение генерала Мадатова: как фальсифицируются биографии”


adlı məqalədə (2012-ci il, №5, s.44-49) Rusiya ordusunun erməni mənşəli generalı Valerian Madatovun bioqrafiyası araşdırılır. Erməni tarixşünaslağı və kütləvi informasiya vasitələrində Madatovun guya Qarabağ əsilzadələrindən olması, özünün “fitri istedadı” sayəsində Rusiya ordusunun generalı rütbəsinə yüksəlməsi barədə yalanları təhlil olunur, tarixi faktlara əsasən Madatovun  Sankt-Peterurqda yüksək vəzifələr tutan İ.Lazarev və İ.Arqutinskinin sayəsində hərbi qulluğa qəbul olunması, A.Yermolova verdiyi rüşvətlər hesabına yüksəlməsi göstərilir. «Генерал Мадатов в Шамхорском бою» adlı məqalədə (2012-ci il, №6 (60), s.38-43) II Rusiya- İran müharibəsinin 1826-cı il Şamxor (Şəmkir) döyüşündə Madatovun guya inanılmaz qəhrəmanlıqlar göstərməsi, məhz bunun sayəsində Rusiyanın ən tanınmış sərkərdələri sırasında yer alması barədə erməni tarixşünaslağı və kütləvi informasiya vasitələrində yayılan yalanlar dövrün tarixi faktlarına əsasən ifşa olunur.

 

Məqalələrin tam mətnləri ilə aşağıdakı linklərdə tanış olmaq olar:

http://irs-az.com/new/ru/archive/1283

http://irs-az.com/new/ru/archive/1317