Xalqımızın maddi-mədəni irs siyahısında süfrə mədəniyyətinin özünəməxsus yeri vardır. Keçmiş məişətdə süfrə qablarının bir hissəsini mis qablar təşkil edirdi. Süfrə qabları sırasına daxil olan ən geniş yayılmış qablardan biri sərpuşlar sayılırdı. Sərpuş farscadan tərcümədə “qapaq” mənasını verir və süfrədə də bu funksiyanı yerinə yetirir. Sərpuşlar süfrəyə verilən xörəkləri, xüsusilə, plovu uzun müddət isti saxlamaq xüsususiyyətinə malikdir. Konusvari formaya malik, getdikcə daralaraq günbəz formasını alan sərpuşda kondensasiya nəticəsində buxar aşağıdan yuxarıya doğru qalxır, yuxarı hissə daraldığından buxar yayılmağa və suya çevrilməyə imkan tapmır, qabın divarları ilə aşağıya doğru hərəkət edir və nəticədə termos effekti yaranır. Sərpuşları nimçə və sinilərin, o cümlədən, qablama qazanların ağzına qoyaraq süfrəyə verməklə bərabər, həmçinin onlardan ocaqda olan yeməklərin hazırlanmasında da istifadə edilirdi.
Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqarfiya fondunda 100-dən artıq sərpuş mühafizə edilir. Onlardan birini sizin diqqətinizə təqdim edirik.
XIX əsrin sonu-XX əsrin əvvəllərinə aid olan sərpuşun hündürlüyü 31,5 sm, diametr 23 sm-dır. Sərpuşun üzərində ərəb əlifbası ilə Hafizin qəzəli həkk edilmişdir:
Gül və arzuya çatmaq vaxtıdır.
Saqi! Həyat suyu ver.
Çəmənlikdə badə və cam xoşdur.
Al qırmızı lalə üzlülərlə birlikdə”
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.