Azərbaycan–Belarus mədəni əlaqələri çərçivəsində ölkəmizdə səfərdə olan Belarus Dövlət Ədəbiyyat Muzeyinin direktoru Sergey İvanoviç Usik Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edib. Muzeyin direktoru, akademik Nailə Vəlixanlı qonağı səmimiyyətlə qarşılamış və onu muzeydə görməkdən məmnun olduğunu bildirmişdir. Akademik N.Vəlixanlı muzeyin tarixi, fəaliyyət istiqamətləri, beynəlxalq əlaqələri barədə qonağa ətraflı məlumat verib. Görüş zamanı iki muzey arasında əməkdaşlıq imkanları və birgə layihələrin həyata keçirilməsi perspektivləri ətrafında da fikir mübadiləsi aparılıb. Sergey İvanoviç Usik muzeyin ekspozisiyası ilə tanış olmuş, Azərbaycanın qədim tarixi və zəngin mədəni irsi barədə yüksək təəssüratlarını bölüşmüşdür. Muzeyin yerləşdiyi tarixi bina, ekspozisiyada nümayiş olunan unikal kolleksiya qonaqda dərin maraq və heyranlıq doğurmuşdur.
Ziyarətin sonunda xatirə fotosu çəkilib, qonağa Milli Azərbaycan Tarixi Muzeyinin nəşrləri hədiyyə olunub.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.