Rövşən Saleh oğlu Camalov 1973-cü ildə Ağdam rayonunun Seyidli kəndində anadan olub. Seyidli kənd orta məktəbini bitirdikdən sonra Ağdam peşə məktəbinə qəbul olub. O, Qarabağda baş verən hadisələrə biganə qala bilmədiyi üçün təhsilini yarımçıq qoyaraq, canından artıq sevdiyi vətəninin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak edib. Ağdamın Şelli kəndi uğrunda gedən döyüşlərdə ağır yaralanmasına baxmayaraq, yaralı döyüş yoldaşının həyatını xilas edən Rövşən yarası tam sağalmamış yenidən silahdaşlarının yanına qayıdıb.
Rövşən Camalov 31 dekabr 1993-cü ildə Ağdamın Qaraqaşlı kəndi uğrunda gedən döyüşlərdə şəhid olub. O, Bakıda Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycan Respublikası Prezidentinin 9 oktyabr 1994-cü il fərmanı ilə Rövşən Camalov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.
Qeyd edək ki, Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya elmi-fond şöbəsinin müdiri t.ü.f.d., dosent Gülzadə Abdulova şəhid Rövşən Camalov haqqında hazırlanacaq kitab üçün Rövşənin döyüş yoldaşları ilə muzeydə görüş keçirdi. Yoldaşlarından alınan məlumata görə, Rövşən ermənilərin girov götürdüyü, 6 ay əsirlikdə olan zabit Fəxrəddin Abışovu erməni leytenantının meyiti ilə dəyişib. Həmin erməni leytnantını Rövşən vurmuşdu. Meyiti neytral zonada qalan ermənini nə bizimkilər, nə də düşmən götürə bilirdi. Lakin 3 gün sonra Rövşən həmin meyiti götürüb Fəxrəddinlə dəyişdi. Rövşən Fəxrəddini ermənilərin əlindən alan kimi aparıb evlərinə özü təhvil verdi. Deyilənə görə, ermənilər Rövşənin adını “Rembo” qoyublarmış. Döyüş yoldaşları isə ona “Peka Rövşən” deyiblər.
Qeyd edək ki, Rövşən Camalova məxsus materiallar muzeyin Sənədli mənbələr fondunda qorunur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.azhistorymuseum.gov.az/ saytına istinad zəruridir.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.