“İrs - Наследие” beynəlxalq jurnalının ingilis dilində çap olunan növbəti nömrəsində (2012-ci il, №4 (11- winter), s.24-27) Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fondunun müdiri, tarix elmləri doktoru Əli Rəcəblinin “Azərbaycanda sikkə zərbləri tarixi” (“History of coinage in Azerbaijan”) adlı yeni məqaləsi çap olunmuşdur. Məqalədə Azərbaycanda sikkə zərbənin qısa tarixi verilir,
e.ə. III əsrdən başlayaraq XVII əsrədək mövcud olmuş pul vahidləri barədə məlumat verilir. Məqalədə Milli Azərbaycan Tarixi Muzeyinin numizmatik kolleksiyasında qorunan müxtəlif dövr Azərbaycan sikkələrinin fotoşəkilləri verilir. Məqalənin tam mətni ilə aşağıdakı linkdə tanış olmaq olar:
http://irs-az.com/new/en/archive/1326
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.