Azərbaycanın görkəmli epiqrafçı alimi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Məşədixanım Nemətin doğum günündən 98 il ötür.
Məşədixanım Sədulla qızı Nemətova 1924-cü il yanvarın 5-də Bakıda anadan olmuşdur. 1941-ci ildə orta məktəbi, 1948-ci ildə isə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərqşünaslıq fakültəsini bitirmişdir. 1954-cü ildə tarix elmləri namizədi, 1968-ci ildə isə tarix elmləri doktoru elmi dərəcələrini almışdır. 2001-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilmiş, 2009-cu ildə “Azərbaycanda epiqrafik irsin tədqiqi sahəsində xüsusi xidmətlərinə görə” Azərbaycan Respublikası Prezidentinin 4 mart 2009-cu il tarixli Sərəncamı ilə “Şöhrət” ordeninə layiq görülmüşdür.
M.Nemətova 60 illik elmi fəaliyyəti dövründə Azərbaycanın bütün tarixi ərazisini addım-addım gəzərək, ərəb qrafikasının çətin oxunan kufi kitabələrini araşdırıb oxumuş və onların tarixi əhəmiyyətini müəyyənləşdirmişdir. İqtisadi-siyasi, sosial-mədəni, tarixi, memarlıq, sənətşünaslıq, filologiya, islam fəlsəfəsi – sufizm, toponimika, etnogenez və s. bu kimi problemlərə dair külli miqdarda yeni, bəzən hətta yeganə dəqiq sənədlərlə Azərbaycanın tarixşünaslıq bazasını zənginləşdirmişdir.
Xatırladaq ki, 2019-cu ildə Milli Azərbaycan Tarixi Muzeyində görkəmli alim Məşədixanım Nemətin 95 illik yubileyinə həsr olunmuş “Əsrin daş yaddaşında mənim də sözüm qaldı” adlı anım tədbiri keçirilmişdir. Muzeyin baş direktoru, akademik Nailə Vəlixanlı tanınmış epiqrafçı barədə demişdir: "Məhz Məşədixanımın əməyi sayəsində daşlar üzərində yazılar bizə gəlib çatıb. Onun yazdıqları hələ uzun illər tariximizin müəyyən dövrlərini işıqlandırmaq üçün bizə əsas material olacaq. Məşədixanım Nemət çox ləyaqətli bir ömür sürüb. O, bütün mənalı ömrünü xalqına xidmətə həsr etdi və çox böyük mədəni, zəngin irs qoyub getdi. Bu, hər alimə nəsib olmur".
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.