Bu gün Azərbaycanın görkəmli şairi, ictimai xadim Mirzə Ələkbər Sabirin anadan olmasından 163 il ötür. M.Ə.Sabirin tənqidi realizm nümunələri ilə zəngin əsərləri Azərbaycan ədəbiyyatında maarifçilik ideyalarının yayılmasında mühüm rol oynayıb. Onun "Molla Nəsrəddin" jurnalında dərc olunan şeirləri cəmiyyətin sosial problemlərini əks etdirərək xalqın maariflənməsinə xidmət edib. Şairin zəngin irsi bu gün də aktuallığını qoruyur və geniş tədqiq olunur.
İctimai xadim Mirzə Ələkbər Sabirin Milli Azərbaycan Tarixi Muzeyinin Fotoneqativ materialları fondunda qorunan fotoşəkilini təqdim edirik. Muzeyin Kitabxanasında isə “Hophopnamə”nin müxtəlif illərdə – 1914, 1962 və 1965-ci illərdə nəşr edilmiş nüsxələri qorunur. Ziyarətçilər hazırda bu nəşrlər arasında ən qədimi olan 1914-cü il buraxılışını muzeyin ekspozisiyasında görə bilərlər.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.