Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya elmi fond şöbəsinin elmi işçisi Fatma Qəniyevanın “Manifestation of Azerbaijan Hospitality in the Ceremonies of Ethnic Groups” (“Azərbaycan qonaqpərvərliyinin etnik qrupların mərasimlərində təzahürü”) adlı məqaləsi beynəlxalq indeksli (ERIHPLUS, DOAJ, EBSCO, ASCI, MLA) Uluslararası Halkbilimi Araştırmaları jurnalında dərc olunub (Cild 8, Sayı 1, 2025. s. 75-83). Məqalədə Azərbaycanda qonaqpərvərlik ənənəsinin universal xarakter daşıması ilə yanaşı, bölgədən bölgəyə dəyişməsi, xalqın tarixi inkişafı, etnik müxtəliflik və ölkədə məskunlaşan xalqların birgəyaşayışı araşdırılıb. Həmçinin, azərbaycanlıların və etnik qrupların müxtəlif mərasimlərində təzahür edən qonaqpərvərlik adətinin oxşar və fərqli cəhətləri, transformasiyanın yaranması, adətin innovativ inkişafı tədqiq edilib.
Sözügedən məqalə F.Qəniyevanın 2024-cü ildə Azərbaycanın şimal və cənub bölgələrində olarkən bu ərazidə yaşayan etnik qrup nümayəndələri ilə müsahibə zamanı toplanan etnoqrafik materiallar əsasında yazılıb.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.