XƏBƏRLƏR
27 May, 2025
Muzeydə Fətəli Xan Xoyskinin anadan olmasının 150 illiyinə həsr olunmuş “Cümhuriyyət Hökumətinə başçılığın Fətəli Xan Xoyski örnəyi” adlı seminar keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması Sərəncamı çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin ilk Baş naziri, görkəmli dövlət xadimi Fətəli Xan Xoyskinin anadan olmasının 150 illiyinə həsr olunmuş “Cümhuriyyət Hökumətinə başçılığın Fətəli Xan Xoyski örnəyi” adlı seminar keçirilib.
Muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin müdiri Fəridə Şəmsi və Bakı Dövlət Universitetinin Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının dosenti, t.ü.f.d. Arzu Xəlilzadə çıxış edərək, tədbirin əhəmiyyətindən bəhs ediblər. Sonra Azərbaycan Texniki Universiteti, Humanitar Fənlər kafedrasının dosenti, t.ü.f.d. Akif Nağı “1918-ci il 28 May: Milli müstəqilliyin tarixi günü”, Azərbaycan Texniki Universitetinin müəllimi Rəna Nəcəfova “Azərbaycan Xalq Cümhuriyyəti: Şərqin ilk demokratik respublikası”, Bakı Dövlət Universiteti və Azərbaycan Texniki Universitetinin müəllimi Nurdan Əsədova “Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadın haqları və seçki hüququ”, Bakı Dövlət Universitetinin müəllimi, doktorant Sürəyya Allahverdiyeva “Cümhuriyyət hökümətinin xarici siyasəti və beynəlxalq tanınma”, Bakı Dövlət Universiteti, doktorantı Balamirzə Məmmədli “Azərbaycan Xalq Cümhuriyyəti dövründə təhsil siyasəti”, Bakı Dövlət Universiteti, Tarix fakültəsinin 4-cü kurs tələbəsi Məşədiəlifağa Haxverdiyev “Azərbaycan dili dövlət dili olaraq: Cümhuriyyətin dil siyasəti”, Bakı Dövlət Universiteti, Tarix fakültəsinin 4-cü kurs tələbəsi İlyasova Fəridə “Fətəli xan Xoyski – Azərbaycan Xalq Cümhuriyyətinin qurucu lideri”, Bakı Dövlət Universitetinin Tarix fakültəsi, Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının II kurs magistrantı Emiliya Naşirova “Политический портрет Фатали-хана Хойского: Идеалы и реальность” (“Fətəli xan Xoyskinin siyasi portreti: ideallar və reallıq”), Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecinin tələbəsi Gunay Muradova “İstiqlal bəyannaməsi ve M.Ə.Rəsulzadənin gənclərə xitabəsi”, Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecinin tələbəsi Nərgiz Əliyeva “Cümhuriyyət dövründə qadınlar. Şəfiqə Əfəndizadə” adlı məruzələr ilə çıxış ediblər.
Tədbirin bədii hissəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecinin tələbələrinin ifasında kiçik tamaşalar - “İstiqlal bəyannaməsi”, “Gəncədə Qurtuluş məclisi”, “Susqunluqdan gələn səda” nümayiş olunub.
Sonda iştirakçılar təşəkkürnamələr ilə təltif olunublar.
Muzeydə həssas qruplardan olan uşaq və yeniyetmələr üçün ekskursiya təşkil olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarları və könüll...
Muzeyin əməkdaşı Özbəkistanda beynəlxalq elmi konfransda məruzə ilə çıxış edib
Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Əli F...
Mədəniyyət Mərkəzinin dəstəyi ilə Türkiyədən nümayəndə heyəti muzeyi ziyarət edib
Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Mədəniyyət Mərkəzinin dəstəyi ilə cari ilin 4–7 oktyabr tarixlərində “Dildə, fikirdə, işdə birlik...
Muzeyin əməkdaşı beynəlxalq elmi jurnalda rəyçi təyin olunub
Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d., dosent Əli Fərhadov Kolumbiy...
25 sentyabr şəhid kapitan Zülfüqar Qubatovun doğum günüdür
Qubatov Zülfüqar İsmi oğlu 1975-ci il sentyabrın 25-də Ağsu rayonunun Dilman kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibə...
20 sentyabr Azərbaycanda neft sənayesi işçilərinin peşə bayramı kimi qeyd olunur.
Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli Mənbələr Fondunda ölkəmizdə neft sənayesinin inkişaf tarixi ilə bağlı zəngin materiallar qorunur. Azərbaycan...
18 sentyabr — Milli Musiqi Günü və Üzeyir Hacıbəyli ilə Müslüm Maqomayevin doğum günüdür
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun doğum günüdür
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.