AMEA Milli Azərbaycan Tarixi Muzeyinin yeni nəşrləri sırasında “Xurşid Banu Natəvan – 180” kataloqu (Bakı, 2012, 20 s.) xüsusi yer tutur. Elmi redaktoru akademik N.Vəlixanlı olan kataloq Muzeyin Etnoqrafiya elmi fond şöbəsinin müdiri, t.ü.f.d. G.Abdulova, şöbənin əməkdaşları N.Seyidzadə, M.Seyidzadə, A.Abdullayeva, Ü.Usubova, Elmi maarif şöbəsinin kiçik elmi
işçisi E.Dadaşov tərəfindən hazırlanmışdır. Kataloq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 03.04.2012-ci il tarixli sərəncamına əsasən Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Xurşid Banu Natəvanın anadan olmasının 180 illiyi ilə əlaqədar hazırlanmışdır. Kataloqun giriş hissəsində Natəvanın bioqrafiyası, Azərbaycan xalqı qarşısında xidmətləri əks olunmuşdur. Hazırda Muzeyin fondlarında xalqın sevə-sevə “xan qızı” adlandırdığı, Qarabağ torpağının istedadlı simalarından olan Xurşid Banu Natəvanın həyatına dair müxtəlif əşyayi materiallar qorunur, onlar ilk dəfə olaraq bu kataloqda əksini tapmışdır. Gözəl zövqə malik və mahir tikiş ustası olan Xurşid Banu Natəvanın əl işləri olan bir sıra tikmə və paltarlar Muzeyin inciləri sırasındadır. Əşyalar bu dahi şəxsiyyətin fəaliyyətinin yeni-yeni səhifələrini göstərməklə bərabər XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycan zadəgan nəslinin məişətini təsəvvür etməyə imkan verir. Kataloqda hər eksponatın fotoşəkli ilə bərabər onun inventar nömrəsi, dövrü, düzəldilmə materialı, ölçüləri göstərilir.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.