“Azərbaycanın zəngin incilərinə tarixi baxış”
Azərbaycan ilə Vatikan arasında diplomatik münasibətlərin qurulmasının 20-ci ildönümü ilə əlaqədar Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə noyabrın 14-dən dekabrın 5-dək Vatikanda keçirilən “Azərbaycanın zəngin incilərinə tarixi baxış” adlı sərgidə digər muzeylərin materiallrı sırasına Milli Azərbaycan Tarixi Muzeyinin 47 ekponatı nümayiş etdirilmişdir.
Xatırladaq ki, Azərbaycan ilk müsəlman ölkəsidir ki, Vatikanda mədəni dəyərlərinin nümayiş olunduğu sərgi təşkil etmişdir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə təntənəli açılışı olan sərginin əhəmiyyətini artıran ən mühüm cəhət də məhz bu amillə bağlıdır. Sərginin açılış mərasimi istər Azərbaycanın, istərsə də xarici kütləvi informasiya vasitələrində geniş işıqlandırılmışdır. Azərbaycan tarixinin və mədəniyyətinin bütün dövrlərinin yüksək səviyyədə təmsil olunduğu sərginin əsas cəhətlərindən biri də ölkəmizin mədəniyyətlərin və sivilizasiyaların kəsişmə nöqtəsi kimi təqdim olunması idi. Müxtəlif sənətkarlıq nümunələrinin - silahların, zinət əşyalarının və qədim misgərlik məmulatlarının nümayiş olunduğu sərgidə UNESCO-nun mədəni irs siyahısına daxil edilmiş Azərbaycan muğam sənətinə və musiqi alətlərimizə də geniş yer ayrılmışdır. Qədim əlyazmalar, müxtəlif dinlərə aid müqəddəs kitablar isə ölkəmizdə tolerantlıq ənənələrinin nə qədər güclü dayaqlara söykəndiyini göstərir. Coğrafi mövqeyinə, naxış kompozisiyasına, rənglərin ahənginə və texniki xüsusiyyətlərinə görə Azərbaycan xalçaçılıq məktəbinin bütün istiqamətlərinin təmsil olunduğu bu sərgidəki xalçalar milli və dünyəvi dəyərləri qonaqlara təqdim edirdi. Səfər çərçivəsində muzeyin direktoru, AMEA-nın vitse-prezidenti, akademik Nailə Vəlixanlı və muzeyin elmi fond işləri üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Məhfuzə Zeynalovа Vatikanın Milli Etnologiya Muzeyinin ekspozisiyası və bərpa laboratoriyası ilə yaxından tanış olmuş, bərpa və konservasiya üzrə təcrübə mübadiləsinin keçirilməsi haqqında razılaşma əldə etmişlər.
Sərginin fotoşəkilləri saytımız “FOTOQALEREYA” bölümündə təqdim olunur.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.