“Azərbaycan qadını” jurnalının rus dilində çap olunan növbəti nömrəsində (2012-cil, payız, sə. 226-227) Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanı ilə intervyu nəşr olunmuşdur. Müxbirin müvafiq suallarını cavablandıran Muzey direktoru Muzeyin yerləşdiyi məkan, ən vacib raritetlərdən olan Mehtiqulu xan Qarabağlının bayrağı, Ümummilli lider Həydər Əliyevlə bağlı Muzeydə qorunan üç eksponat barəsində məlumat vermişdir.
Akademik tarix və arxeologiya elmləri barədə fikirləri ilə bölüşmüş, “Evrovision- 2012” müsabiqəsi keçirilən günlərdə Muzeyi ziyarət etmiş yüzlərlə xarici qonağın Muzeylə bağlı təəsüratlarını qeyd etmişdir. Həmçinin Nailə xanım Muzeyə əlavə vəsait ayıraraq Azərbaycan xalqının madii-mədəniyyət nümunələri olan yeni dəyərli eksponatların alınması üçün imkan yaratmış Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ədrin təşəkkürünü bildirmişdir. Milli Azərbaycan Tarixi Muzeyinin direktoru Nailə Vəlixanının intervyusu aşağıdakı sözlərlə bitir: “Öz vətəninin əsl məhəbbətlə sevmək üçün onu yaxşı, dərindən tanımaq lazımdır. Bizim muzey gənc nəsli Azərbaycanı tanımaq və sevməyi öyrədir”.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.