"YARAT!" Müasir İncəsənət Məkanı yaradıcı insanları fevral ayının sonunda başlayacaq "Public Art 2013" layihəsinə qoşulmağa dəvət edir. 2012-ci ilin fevral-avqust aylarında həyata keçirilən "012 Baku Public Art Festivalı" təşəbbüsünün maraqla qarşılandığını nəzərə alan təşkilat onu davam etdirmək niyyətindədir. Hər həftənin beşinci günü keçirilən festivalda əsərlərin
təqdimatları xoş bir ənənəyə çevrilmiş, bakılıların və şəhərimizin qonaqlarının marağına səbəb olmuşdur. Builki festival çərçivəsində əvvəlki illə müqayisədə meqapolis məkanında müasir incəsənət mövzusu daha güclü işıqlandırılacaq və istər fərdi, istərsə də müəlliflər kollektivi tərəfindən təqdim ediləcək 10 layihə reallaşdırılacaq.
Festivala təqdim ediləcək layihələr özünəməxsus interaktivliyi ilə fərqlənməlidir.
Təşkilatçıların fikrincə, rəssamlar yaradıcılıq prosesinə cəlb ediləcək tamaşaçılarla daim ünsiyyətdə olmalıdırlar. Tamaşaçıların iştirakı isə nümayiş olunacaq əsərlərin zəruri və ayrılmaz hissəsinə çevriləcək.
Festivalda iştirak edəcək rəssamlar material, mövzu və iştirak üslubunu sərbəst şəkildə seçə biləcəklər. Nəzərdə tutulan 10 layihədən 5-i xarici iştirakçıların təqdim etdikləri ərizələr əsasında seçiləcək. Bu da növbəti festivalı fərqləndirən bir cəhətdir. Başqa sözlə, həyata keçiriləcək layihə artıq regional səviyyədə təşkil olunmaqdadır.
Layihəyə peşəkar sərgilərdə iştirak təcrübəsinə və yaradıcı nailiyyətlərə malik fəaliyyətdə olan rəssamlar, yaxud incəsənətlə bağlı ali təhsil müəssisəsinin yaşı 20-dən az olmayan tələbələri qatıla bilərlər.
Ərizə formasını www.yarat.az saytından yükləmək mümkündür.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.