Ermənistanın Azərbaycanın tarixi torpaqlarına iddialarını təmin etmək məqsədilə erməni “tədqiqatçıları” səylərindən əl çəkmirlər. Tarixi faktları təhrif etmək, tədqiqat əsərlərindən ayrı-ayrı parçaları götürərək ümumi məzmunu baş- ayaqa qoymaq kimi əsl elmdən uzaq olan üsullar erməni tarixşünaslığının ən adi tədqiqat formasına çevrilmişdir. Bu yaxınlarda Sankt-
Peterburq Dövlət Universiteti tarix fakultəsinin 2011-ci ildə yaradılmış MDB ölkələri xalqlarının tarixi kafedrasının professoru A.K.Şaqinyanın növbəti belə “əsəri” işıq üzü görmüşdür. Rusiyada dərc olunan «Восток (Orients)» jurnalında o, “Naxşıvan Ərəb Xilafətinin tərkibində” («Нахичевань в составе Арабского Халифата») adlı məqalə çap etdirmiş, burada elmi dairələr və geniş ictimaiyyəti inanndırmağa çalışmışdır ki, Naxçıcan “Böyük Ermənistan” dövlətinin tərkib hissəsi olmuşdur. Əslində Şaqinyan elmdən uzaq olan özünəməxsus “tədqiqat” üsulları ilə tanınır. Onun istifadə etdiyi “araşdırma” üsulları barədə akademik Nailə Vəlixanlının resenziyası hələ 2005-ci ildə «Письменные памятники Востока» toplusunda çap olunmuşdur. Rusiya şərqşünaslıları arasında böyük qalmaqala səbəb olmuş resenziyada Şaqinyanın faktları təhrifetmə, hətta açıq plaqiat üsullarına əl atması sübut olunmuşdur. Resenziyadan sonra bir ara kölgəyə çəkilən Şaqinyan son vaxtlarda yenidən üzə çıxmağa başlamışdır. Şaqinyanın istifadə etdiyi üsullar erməni tarixşünaslığının “vizit kartıdır” desək, yanılmarıq. Bizə aydın olmayan məsələ isə başqadır – necə oldu ki, tarixi faktların təhrif olunduğu “Naxşıvan Ərəb Xilafətinin tərkibində” adlı iş Rusiya Federasiyası Prezidentinin qrantı hesabına həyata keçirilmişdir? Yəni əsası Azərbaycan alimi Mirzə Kazımbəyin qoyduğu Rusiya şərqşünaslığı, o cümlədən onun Sankt-Peterburq məktəbi doğrudan da o dərəcədə aciz oldu ki, Şaqinyan kimilərin əsərlərinin dövlət qrantları hesabına həyata keçirilməsinin qarşısını ala bilmədi?
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.