XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
11 Yanvar, 2013
“Nailə Vəlixanlı. Biblioqrafiya” kitabı çap olunmuşdur

 

“Elm” nəşriyyatında “Nailə Məmmədəli qızı Vəlixanlı. Biblioqrafiya” kitabı (Bakı, “Elm”, 2012, 237 s.) çap olunmuşdur. Tərtibçi- müəllifləri Aybəniz Əliyeva- Kəngərli və Rəna Kazımova olan kitab görkəmli tarixçi-şərqşünas alim, tarix elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Nailə Vəlixanlının elmi fəaliyyətinə həsr olunmuş biblioqrafik


göstəricisidir. Göstərici N.Vəlixanlının “Şöhrət” ordeni ilə təltif olunması haqqında  Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə başlayır. Kitabın giriş hissəsində görkəmli tədqiqatçının 70 illiyi ilə bağlı respublikada  keçirilən silsilə tədbirlər barədə AMEA Rəyasət Heyətinin Qərarı verilmişdir. Biblioqrafiyaya alimin çap olunmuş monoqrafiya, kitab, elmi simpozium, sessiya və konfrans materiallarında və dövrü mətbuatda dərc edilmiş məqalələri, çıxışları daxil edilmişdir.

 

Biblioqrafiyaya daxil edilmiş materiallar müvafiq bölmələr üzrə və xronoloji qaydada yerləşdirilmişdir. Göstəricidə N.Vəlixanlının həyat və fəaliyyətinə dair oçerklər, elmi-pedaqoji və ictimai fəaliyyətinin əsas tarixləri əksini tapmışdır. Müvafiq bölmələrdə Azərbaycan MEA-nın prezidenti Mahmud Kərimovun “Açılmamış səhifələrin tədqiqatçısı” adlı oçerki, Azərbaycan və xarici ölkələrin görkəmli alimlərinin akademik haqqında ürək sözləri verilmişdir.

Biblioqrafiyadan istifadəni asanlaşdırmaq məqəsdilə alimin əsərlərinin, müştərək müəlliflərin və onun haqqında yazan müəlliflərin əlifba göstəriciləri də verilmişdir.