AMEA Milli Azərbaycan Tarixi Muzeyinin saytında son dövrdə verilən məlumatlar, deyəsən, üzdən iraq qonşularımızı – erməni şovinistlərini əməlli başlı əsəbiləşdirib. Belə ki, Muzeyin saytında Qarabağla bağlı yerləşdirilən materialların sayı və keyfiyyəti artır.
Muzeyin hazırlayıb nəşr etdirdiyi Qarabağ şairəsi, “Xan qızı” Xurşid Banu Natəvanın muzeydə qorunan əşyalarının kataloqu, əslən şuşalı olan, “Qarabağ bülbülü” Qədir Rüstəmovun materiallarının muzeyə verilməsi barədə məlumat, Muzeyin direktoru, akademik Nailə Vəlixanlının özlərini alim adlandırıb, əslində isə tarixi faktları təhrif etməklə məşğul olan erməni “şərqşünasları”nın uydurmalarına verdiyi tutarlı elmi cavab, Muzey əməkdaşının “İrs-Наследие“ beynəlxalq jurnalın səhifələrində erməni generalı V.Madatovun yalanları barədə məlumatların Muzeyin saytında və sayta əsasən respublika və xarici kütləvi informasiya vasitələrində yayılması öz məqsədlərinə çatmaq üçün bütün üsullara əl atan erməni millətçilərini hiddətləndirmişdir.
Hər zaman Azərbaycan haqqında doğru və dürüst informasiyanın qarşısını almağa çalışan ermənilər Muzeyin saytına hücum etmək qərarına gəlmişlər. Lakin onlar etibarlılığı ilə seçilən gov.az domenində yerləşən Muzeyin saytına həmlə edə bilməmişlər (Muzeyin saytı azhistorymuseum.gov.az azhistorymuseum.az). Nəticədə hisslərini cilovlaya bilməyən erməni xakerləri Milli Azərbaycan Tarixi Muzeyinə heç bir aidiyyatı olmayan azhistorymuseum.org saytına hücum etmiş, heç kimin dəstəkləmədiyi, və müvafiq olaraq, təhlükəsizliyini təmin etmədiyi bir saytı dağıdıblar. Əhsən, qonşularımıza!
Azərbaycanın, Muzeyimizin bütün dostlarına Milli Azərbaycan Tarixi Muzeyi saytının ünvanını bir daha çatdırır (muzeyin saytı azhistorymuseum.gov.az azhistorymuseum.az) və bu ünvanımızı Azərbaycanla, vətənimizin tarixi və mədəniyyəti ilə bağlı həqiqətləri öyrənmək, eşitmək, oxumaq istəyən bütün insanlar arasında yaymağı xahiş edirik.
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin müdiriyyəti
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.