1908-ci ildə tamaşaya qoyulmuş dahi azərbaycan bəstəkarı Üzeyir bəy Hacıbəyovun “Leyli vә Mәcnun” operası Azәrbaycan musiqi mәdәniyyәti tarixindә yeni bir dövr açılmış, eyni zamanda müsәlman Şәrqindә opera janrının әsası qoyulmuşdur. Opera M.Füzulinin eyniadlı poemasının motivlәri әsasında yazılmışdır. Librettonun müәllifi Üzeyir bəy Hacıbəyovdur. “Leyli vә Mәcnun” muğam
ilә Avropa operasının üzvi vәһdәtindәn yaranmış yeni opera janrının - muğam operasının ilk nümunәsidir. Muğamlar operanın әsas musiqi materialı olaraq әnәnәvi opera formalarını - ariya, ariozo, reçitativ, vokal ansamblları (duet, trio vә s.) әvәz etmişdir. Birinci milli operamızın ilk tamaşası 1908-ci il yanvar ayının 12-də (yeni təqvimlə 25-də) Hacı Zeynalabdin Tağıyevin teatrında keçirilmişdir. “Leyli vә Mәcnun” – Şərq ölkələrində dәfәlәrlә numayiş etdirilmiş, professional musiqi mәdәniyyәtinin tәşәkkülündә әһәmiyyәtli rol oynamış vә indi dә oynamaqdadır. “Leyli vә Mәcnun”un ilk tamaşasının rejissoru Hüseyn Әrәblinski, dirijoru Ә.Haqverdiyev olmuşdur. Rollarda: H.Sarabski (Mәcnun), Ә.Fәrәcov (Leyli), C.Dağıstani (İbn Sәlam), M.Kazımovski (Mәсnunun anası), Mirzә Muxtar (Mәсnunun atası), İ.Qasımov (Leylinin atası), С.Vәzirov (Leylinin anası) çıxış etmişlәr. “Leyli vә Mәcnun”un librettosu ilk dәfә 1912-ci ildә Bakıda, Orucov qardaşlarının mәtbәәsindә, klaviri 1959-cu ildә, partiturası 1983-cü ildә çap edilmişdir (baş redaktoru Q.Qarayev, redaktoru N.Әliverdibәyov, ön söz vә şәrһlәrin muәllifi Z.Sәfәrova). 1996-cı ildә “Azәrbaycantelefilm” yaradıcılıq birliyindә “Leyli vә Mәcnun” filmoperası çәkilmişdir (rejissorlar Nazim Abbas vә Ş.Nәcәfzadә). “Leyli və Məcnun” operası Türkiyədə, İranda, Özbəkistanda, Türkmənistanda, Gürcüstanda və s. ölkələrdə müvəffəqiyyətlə tamaşaya qoyulmuşdur. “Leyli və Məcnun” operasının şöhrəti Avropanı da fəth etmiş, əsər Fransa səhnəsində də tamaşaya qoyulmuşdur. Ötən illər ərzində “Leyli və Məcnun” repertuardan düşməmiş, həmişə maraqla tamaşa edilmişdir və bu gün qoca Şərqin opera tarixinin məhz Azərbaycandan başlandığını qürur hissi ilə xatırlayırıq.
Qeyd etmək lazımdır ki, Milli Azərbaycan Tarixi Muezyində müsəlman Şərqinin ilk operası ilə bağlı unikal materiallar qorunmaqdadır. Ü.Hacıbəyovun, H.Sarabkinin, operanın ilk ifaçılarından olan Q.Primovun şəxsi əşyaları, operanın ilk və sonrakı afişaları, ilk tamaşada istifadə olunan rekvizit, dövrün musiqi valları, nadir fotoşəkillər Muzeyin nadir inciləri sırasındadır.
Muzeyin fondlarında qorunan və opera ila bağlı olan unkal ekponatlar:
- H.Sarabskinin operanın ilk tamaşaında geydiyi çarıqlar. MATM Etnoqfrafiya Fondu.
- H.Sarabski Məcnun rolunda. İlk tamaşadan çəkilmiş orijinal fotoşəkil. MATM Hədiyyələr Fondu.
- Leyli rolunun ilk ifaçıı Ə.Aqdamki. MATM Neqativ Fondu.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.