2013-cü il yanvarın 17-də AMEA Milli Azərbaycan Tarixi Muzeyi və “İRS –Наследие” beynəlxalq jurnalının birgə təşkilatçılığı ilə “20 yanvar həqiqətlərinin xaricdə yayılması” adlı tədbir keçiriləcək. 20 yanvar – Ümumxalq hüzn gününə həsr olunmuş tədbirin əsas məqsədi 20 yanvar həqiqətlərinin xaricdə yayılmasının vacibliyini geniş ictimaiyyətə, o cümlədən xaricdə
yaşayan azərbaycanlılara vurğulamaq, Azərbaycan həqiqətlərinin xaricdə təbliğatının vasitə və yollarına toxunmaq, eləcə də xaricdə aparılan təbliğat işlərində “İRS – Наследие” jurnalının yeri və rolunu göstərməkdir.
Tədbirdə 1990-cı ilin yanvarında sovet totalitarizminin Azərbaycan xalqına qarşı törətdiyi cinayətdən bəhs olunacaq, həmçinin 20 yanvar hadisələrinin Azərbaycan xalqının qəhrəmanlıq tarixində tutduğu yerdən söhbət açılacaq. Tədbirdə Azərbaycanın müstəqillik uğrunda mübarizəsinin təbliğinin, o cümlədən 20 yanvar həqiqətlərinin xaricdə yayılmasının vacibliyi, bu işdə mövcud olan problemlərə toxunulacaq.
10 ildən artıq fəaliyyət göstərən “İrs-Наследие” beynəlxalq jurnalı Azərbaycan həqiqətlərinin xaricdə yayılmasında müstəsna rol oynayır. Tədbirdə jurnalın bu sahədəki fəaliyyəti işıqlandırılacaq, müvafiq videoçarx nümayiş olunacaq, 20 yanvar faciəsinə həsr olunmuş və rus, ingilis, fransız, alman, italyan, çex, yapon dillərində çap olunan jurnal nömrələri nümayiş olunacaq.
Tədbirə respublikanın müvafiq dövlət idarələrinin nümayəndələrinin, alimlər, tədqiqatçılar, ali təhsil ocaqlarının müəllim və tələbələri, respublikada fəaliyyət göstərən xarici mədəniyyət mərkəzlərinin və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı gözlənilir.
Tədbir AMEA Milli Azərbaycan Tarixi Muzeyinin konfrans zalında 17 yanvar 2013-cü il tarixində saat 14.30-da başlanacaq. Tədbirə giriş sərbətsdir.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.