XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
15 Yanvar, 2013
Tarixi əsərlər Azərbaycana qayıdır

 AzərTAc xəbər verir ki, Paris Milli Kitabxanasında saxlanan Azərbaycan tarixinə, mədəniyyətinə dair 200-dən artıq materialın surətləri, elektron variantları əldə edilmişdir. Bunların arasında XX əsrin əvvəlində Bakı şəhərində çəkilmiş fotolar, Azərbaycan tarixinə dair xəritələr və planlar, orta əsr əlyazmaları, müğənnilərin ifasında Parisdə patefona yazılmış mahnılar, Avropa


səyyahlarının Azərbaycan barədə əsərləri vardır. Əlyazmalardan 1467-ci ildə Təbrizdə Nəsrullah Münşi adlı katib tərəfindən köçürülmüş “Kəlilə və Dimnə”, cığatay dilində yazılmış, oğuz türklərindən bəhs edən “Oğuznamə”, təbabətə dair XVI əsrə aid “Əlacnamə” əsəri, Ə.Nəvainin əsərləri və s. böyük maraq doğurur.