AMEA Milli Azərbaycan Tarixi Muzeyinin elmi şöbələri və inzibati heyət üçün yeni kompyuter avadanlığı alınmışdır. Qeyd etmək lazımdır ki, müasir tələblərə uyğun olaraq, Muzeyin fondlarında qorunan eksponatların elektron pasportlaşması həyata keçirilir. 300 mindən artıq nadir eksponatlara malik olan Muzeyin belə pasportlaşma sistemi ilə təmin olunması
istənilən eksponat barədə məlumatların əldə olunması prosesini asanlaşdırır və sürətləndirir, bunula da istər geniş ictimaiyyət, istərsə də elmi araşdırma ilə məşqul olan tədqiqatçılar muzey eksponatları ilə yaxından tanıç ola bilərlər. Bu iş tam başa çatmasa da, irəliləyiş artıq göz qabağındadır. İnanırıq ki, yeni alınan kompyuter avadanlığı electron pasportlaşma işini, həmçinin muzeydə aparılan elmi-kütləvi və tədqiqat işlərini daha çevik, sürətli və keyfiyyətli həyata keçirilməsinə imkan verəcək.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.