2013 yanvarın 15-ə İndoneziya Respublikası Müdafiə Nazirliyinin Baş katibinin həyat yoldaşı Eris Vidcati Harsasi Herryano və onu müşayyət edən şəxlər Milli Azərbaycan Tarixi Muzeyində olmuşdur. Qonaqlar muzeyin qədim dövrdən başlayan ekspozisiyası ilə tanış olmuşlar.
Onlara Azərbaycanın qədim və orta əsr dövlətləri, arxeoloji, numizmatik və etnoqrafik materiallar, XX əsrin əvvəllərində Azərbaycanda neft sənayesinin inkişafı, milli geyimlər barədə ətraflı məlumat verilmişdir. Hacı Zeynalabdin Tağıyevin ev muzeyi qonaqları öz möhtəşəmlıyi və gözəlliyi ilə heyran etdi. Həmçinin, qonaqlar Muzeydə nümayiş olunan eksponatlar vasitəsilə Tağıyevin həyatı və xeyriyyəçi fəaliyyəti ilə tanış oldular. Xanım Eris Herryano rəy kitabında öz təəssцratları ilə bölüşərək qəbula və ekskursiyaya görə MATM kollektivinə təşəkkürünü bildirdi.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.