1990-cı ilin faciəli 20 yanvar gecesi Azərbaycan xalqının qəlbində dərin və acı xatirə kimi iz buraxıb, eldən-elə, nəsidən-nəsilə keçərək, vətənimizin qanlı və eyni zamanda şərəfli tarixini beyinlərə həkk eləyir.
Artıq 23 ildir ki Azərbaycan xalqı Qara Yanvar gününü həm hüzn günüi, həm də qəhrəmanlıq günü kimi qeyd edir. Milli Azərbaycan Tarixi Muzeyində də bu anım günü hər il qeyd olunur. AMEA Milli Azərbaycan Tarixi Muzeyi Səbail rayonunun Yeni Azərbaycan Partiyası ilk ərazi təşkilatının üzvləri yanvarın 15-də Şəhidlər Xiyabanında olmuş, 20 yanvar gecəsində faciəvi şəkildə həlak olmuş şəhidlərimizi ziyarət etmişlər.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.