XƏBƏRLƏR
18 Yanvar, 2013
Milli Azərbaycan Tarixi Muzeyində 20 yanvar şəhidlərinin əşyaları
Yanvarın 20-si Azərbaycanda ümumxalq hüzn günü qeyd olunur. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda və Azərbaycanın bir sıra rayonlarında yüzlərlə dinc insanın ölümü ilə nəticələnən siyasi müxalifətin Sovet ordusu tərəfindən amansız qanlı yatırılışı həyata keçirilmişdir. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin
qeyd etdiyi kimi: “1990-cı il yanvarın 20-si Azərbaycanın tarixinə ən faciəli günlərdən biri, eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur.” Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən 20 yanvar hadisələri ilə bağlı tarixi əşyaların toplanması işi həyata keçirilir. Belə ki, o qanlı olayları əyani şəkildə nümayiş etdirən fotoşəkillər, sənədlər, şəhidlərin şəxsi əşyaları əhalidən toplanaraq pasportlaşdırılır və Muzeyin fondlarında qorunur. Hazırda bir çox tarixi sənədlər, fotoşəkillər, qanlı yanvar günlərində çap olunmuş qəzetlər, və, 15 şəhidə məxsus olmuş eksponatlar toplanmışdır. 20 yanvar şəhidlərindən Məmmədova Larisanın məktəb tabeli, Məmmədov İbişin qanlı köynəyi, Xanməmmədov Cəbrayılın güllə ilə deşilmiş sviteri, şəhidlik zirvəsinə yüksəlmiş neçə-neçə vətən oğlunun ölüm haqqında şəhadətnamələri faciə və eyni zamanda qəhrəmanlıq tariximizin Muzeydə qorunan nümunələridir.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...