Teymur Bünyadov 1928-ci il yanvarın 20-də Qazax rayonunun Şıxlı kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. Tarix elmləri doktoru, professor T.Bünyadovun Azərbaycanda ilk dəfə olaraq rəhbərliyi ilə 3 cildlik “Azərbaycan etnoqrafiyası” monoqrafiyası nəşr edilmişdir. Zəngin adət-ənənələrimizi, çoxsaylı mənəvi dəyərlərimizi
vətəndaşlıq məhəbbəti ilə tədqiq və tərənnüm etmiş müəllifin 1975-ci ildə yazdığı əsərlərdən biri də “Əsrlərdən gələn səslər” kitabıdır. Kitabda xalqımızın çoxəsrlik tarixi, əkinçilik və maldarlıq mədəniyyəti, əhalinin iqtisadi həyatında tutduğu mövqeyi tarixi etnoqrafik baxımdan araşdırılmışdır. T.Bünyadov çoxillik elmi fəaliyyəti ilə yanaşı, bədii yaradıcılıqla da mütəmadi məşğul olmuşdur. Onun dərc edilmiş onlarca hekayələri, “Göz yaşları” adlı romanı, üç kitabdan ibarət olan bayatıları, 2004-cü ildə iri həcmli “Anam birdi, Vətən tək...” və “Xan çinar kölgəsində” adlı ikicildlik bayatılar kitabları oxuculara təqdim olunmuşdur. T.Bünyadov Azərbaycanın ictimaisiyasi həyatında fəal iştirak edir, respublikada və onun xaricində geniş elmi-ictimai və hərbi vətənpərvərlik işi aparır. 1989-cu ildə AMEA-ya müxbir üzv, 2001-ci ildə həqiqi üzv seçilmişdir. Hal-hazırda AMEA-da şöbə müdiri vəzifəsində çalışır. Xidmətlərinə görə o, 2001-ci ildə “Qızıl qələm” mükafatı laureatı, 2002-ci ilin dekabrında AMEA-nın Fəxri fərmanı, 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Şöhrət” ordeni ilə, 2008-ci ildə anadan olmasının 80 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının Əməkdar elm xadimi fəxri adı ilə təltif edilmişdir. 15 namizədlik, 14 doktorluq işinə rəhbərlik etmişdir. 38 il pedaqoji fəaliyyət göstərmişdir. 570 elmi əsəri, 23 monoqrafiyası çap olunmuşdur. 6 elmi əsəri xarici ölkədə nəşr olunmuşdur. AMEA Milli Azərbaycan Tarixi Muzeyinin bütün kollektivi adından Teymur Bünyadova uzun ömür, can saqlığı, yeni-yeni nailiyyətlər arzulayırıq.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.