XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
21 Yanvar, 2013
“İrs-Miras” jurnalının növbəti nömrəsi çapdan çıxmışdır

 

Türkiyə oxucusu üçün nəzərdə tutulmuş “İrs-Miras” jurnalının 5-ci nömrəsi çapdan çıxmışdır. Jurnalın yeni nömrəsinin siyasət bölməsində “20 Yanvar hadisələrinin səbəb və nəticələri”, “Soyuq müharibədən əvvəl Sovet İttifaqının Türkiyəyə qarşı ərazi iddiaları”, mədəniyyətə dair “Ədəbiyyat anıtları kimi qədim türk kitabələri”, “Azərbaycanın tarixi və mədəniyyət dəyərlərindən


olan Lahıc qəsəbəsi” və digər maraqlı məqalələr yer almışdır. Keçən ilin mart ayından etibarən nəşr olunan "İrs- Miras" jurnalı Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı, incəsənəti və ölkəmizə xas dəyərlər haqqında türk dilində dolğun və əsaslı elmi məqalələrlə oxuculara təqdim olunmaqdadır. Jurnal artıq Türkiyənin ziyalı təbəqəsi arasında özünəməxsus yer qazanmışdır. Hər nömrəsi 3000 tirajla nəşr olunan nəşrin tirajının yaxın gələcəkdə sürətlə artacağı gözlənilir.