Milli Azərbaycan Tarixi Muzeyinin Bərpa laboratoriyasında tarixçi-etnoqraf, pedaqoq, maaarifçi, Zaqafqaziya Müəllimlər Seminariyasının məzunu olmuş Teymur bəy Bayraməlibəyova məxsus sənəd üzərində bərpa işləri aparılıb. Bərpaya ehtiyacı olmuş sənəd Teymur bəy Bayraməlibəyovun Tiflisdə Qafqaz Baramaçılıq Stansiyasının ipəkçilik və arıçılıq kurslarını dinləməsi haqqında vəsiqəsidir.
Eksponat mexaniki təmizlənərək, yuyulub, köhnə yapışdırıcı kağızından təmizlənib, dörd hissəyə bölünmüş hissələr yığılaraq, uyğun kağıza dublikasiya edilib.
Eksponata ikinci həyat verən muzeyin Bərpa laboratoriyasının bərpaçı-rəssamı Səbinə Əfəndiyevadır.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.