Qubada Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin birgə təşkilatçılığı və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının dəstəyi ilə paytaxt Bakı və ölkəmizin müxtəlif bölgələrindən olan gənc alim və tədqiqatçıların iştirak etdiyi Gənc Etnoqrafların I Respublika Forumu təşkil edilib.
Forumda Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları – Arxeologiya elmi fond şöbəsinin böyük elmi işçisi, t.ü.f.d., dosent Həbibə Əliyeva “Tarixi abidələr və Turizm” bölməsində “Quba epiqrafik abidələrinin tarixi”, böyük elmi işçi, t.ü.f.d, Laçın Mustafayev “Arxeologiya və Antropologiya” bölməsində “Qubada aşkar edilən yeni abidələr Azərbaycan tarixinin öyrənilməsində mənbə kimi”, böyük elmi işçi, t.ü.f.d, Aida İsmayılova “Yevgeni Paxomovun orta əsr Şabran şəhər yerindəki ilk tədqiqatlarına dair (Milli Azərbaycan Tarixi muzeyinin arxeoloji materialları əsasında)”, kiçik elmi işçisi Arzu Mirzəhmədova “Etnoqrafiya və Etnologiya” bölməsində “Azsaylı bir xalqın yaşayan irsi-Ləzgilər”, Etnoqrafiya elmi fond şöbəsinin elmi işçisi Aygün Quliyeva “Tarix və Mədəniyyət” bölməsində “Sənətkar yadigar: Məşədi Cabbarın muzeydəki yadigarı(Milli Azərbaycan Tarixi muzeyinin materialları əsasında)” mövzusunda məruzələrlə çıxış ediblər. Məruzələr maraqla qarşılanıb və verilən suallar ətraflı cavablandırılıb.
Forumun materialları nəşr olunub.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.