“İnsan Hüquqları Aylığı” çərçivəsində 268 nömrəli məktəbdə təhsil alan, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Milli Azərbaycan Tarixi Muzeyində xeyriyyə tədbiri təşkil olunub.
Tədbir çərçivəsində uşaqlar üçün muzeyin ekspozisiyasnda maarifləndirici ekskursiya təşkil olunub. Ekskursiya zamanı uşaqlara tarixi eksponatlar əsasında ölkəmizin zəngin keçmişi haqqında ətraflı məlumat verilib.
Daha sonra uşaqlar üçün maraqlı və interaktiv yaradıcılıq fəaliyyəti – buta formalı gips figurlar üzərində ustad dərsi keçirilib.
Tədbirin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqların mədəni irsimizlə tanış olmaları, onların sosial inteqrasiyasına və yaradıcı inkişafına dəstək göstərmək olub. Xeyriyyə tədbiri uşaqlarda müsbət emosiyalar yaradaraq, onların bilik dairəsinin genişlənməsinə şərait yaradıb.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.