Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Murad Əflətov 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Murad Əflətov müharibə zamanı göstərdiyi igidliyə görə “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” , “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib və ona "Vətən Müharibəsi Qəhrəmanı" fəxri adı verilib. O, həmçinin Heydər Əliyevin 100 illiyi (1923–2023) yubiley medalı ilə mükafatlandırılıb.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsi Qəhrəmanı Murad Əflətovun şəxsi əşyaları (iki ədəd fotoşəkil, Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinə məxsus bir cüt hərbi səhra çəkməsi) muzeyin Vətən Müharibəsi fonduna təhvil verilib.
Qeyd edək ki, sözügedən materiallar muzeyin əməkdaşları- elmi katib, t.ü.f.d., dosent Sevinc Nəsirova, Sənədli mənbələrin elmi fond şöbəsinin müdiri Esmira Rəhimova və həmin şöbənin baş mütəxəssisi Nərmin Bağırova vasitəsilə muzeyə daxil olub.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.